FKAƏ fənni ərintinin fiziki xassələrinin  onun tərkibinin miqdarca dəyişməsindən asılılığını, birli,ikili, üçlü və dördkomponentli sistemlərdə həllolmanın təbiətini,sistemin hal diaqramının təsvirini və onların həndəsi analizinin aparılması qaydalarını öyrədir. Həmçinin fiziki -kimyəvi sistemlərə Hibsin fazalar qaydasının tətbiqi, tarazlığın növünün müəyyənləşdirilməsi, fazaları xarakterizə edən sahələrin təyini, fiqurativ nöqtənin xarakterizə etdiyi qarışığın tərkibinin təyin edilməsini və tarazlığa təsir edən parametlərin qiymətlərinin müəyyənləşdirilməsini öyrədir.