Mikroorqanizmlər təbiətdə geniş yayılmışdır, onlara havada, suda, torpaqda, qida məhsullarında, bizi əhatə edən əşyalar üzərində, insan və heyvan orqanizminin, eləcə də bitkilərin həm daxilində, həm də bədən səthində rast gəlinir.

     Viruslar çox kiçik, qeyri-hüceyrəvi quruluşa malik olub, bütün növ hüceyrələrə daxil olmaq qabiliyyətinə malikdirlər və hüceyrədaxili parazitdirlər. Onlar insanların, heyvanların, buğumayaqlıların, bitkilərin, göbələklərin və bakteriyaların orqanizmlərində parazitlik edir. Viruslar zülal sintez etmirlər, onların fermentativ və enerji sistemləri yoxdur.