İnsan anatomiyası müasir insanın zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloji elmlərdəndir ( "morfo" - forma, "logos" - elm). Fiziologiya ilə vəhdətdə olan anatomiyanın adı onun tədqiq üsullarından biri olan təşrih etmək, yarmaq (yunanca - "anatemno" ) sözündən götürülmüşdür.