bitki və bitki qruplarının yayılma qanunauyğunluqlarını, eləcə də bitki aləmi müxtəlifliklərinin Yer kürəsində paylanmasını öyrənən botanika bölməsi.

Bitki coğrafiyası bioloji obyektləri, həm bioloji (tipoloji, müqayisəli, ekoloji, tarixi), həm də coğrafi (kartoqrafiya, ölkəşünaslıq, rayonlaşdırma) metodlardan istifadə edərək populyasiya-növ (populyasiyalar, növlər, yarımnövlər, cinslər, fəsilələr və daha ali taksonomik dərəcələr), senotik (bitki qrupları və ya fitosenozlar) və biotik (məhəlli və ya daha böyük ölçüdə bitkilik, flora kompleksləri təşkil səviyyələrində tədqiq edir