Viruslar - çox xırda ölçülü olub, digər miikroorqanizmləri keçirməyən bakteriyal süzgəclərdən süzülüb keçən və müəyyən hüceyrə quruluşu olmayan canlılara viruslar adı verilir. Latınca virus- heyvani mənşəli zəhər, loqos – elm deməkdir. Virusların quruluşunu, formasını,xarici görünüşünü, çoxalmasını, əmələ gətirdiyi xəstəlikləri və onlara qarşı mübarizə üsullarını öyrənən elm sahəsinə  Virusologiya deyilir. Bu elm vasitəsilə biz virusların çoxalmasını, təbiətdə yayılmasını, istər bitkilərdə, istər heyvanlarda, hətta mikroorqanizmlərdə və insansanda törətdiyi xəstəlikləri öyrənir.

     Viruslar cansızlarla canlı təbiət arasındakeçid təşkil edən hüceyrə quruluşu olmayan bioloji fəal varlıqlardır. Bunların özlərinə məxsus bioloji xüsusiyyətini saxlamaqla kristallaşması virusların ikili təbiətli olduğunu göstərir. Kristallaşma virusların xüsusi qabiliyyəti olduğundan bu varlıqların canlı təbiətli olması şübhə doğurur. Virusların canlı varlıqlara daxil olmasına şübhə yaradan ikinci xüsusiyyət, onlarda canlı maddəyə xas olan sərbəst maddələr mübadiləsinin olmamasıdır. 

      Viruslarda biopolimerlərin sintezini aparan fermentlərin olmaması, onları sərbəst vəziyyətdə cansız maddəyə - inert hissəciyə bənzədir. Bunların bioloji fəallığı isə yalnız yoluxdurucu hüceyrədə yaranır. Viruslar obliqat hüceyrədaxili parazitlərdir. Onlar sahib hüceyrələrdə çoxalıb,onu tələf edib,sağlam hüceyrələri yoluxdurur və beləliklə hüceyrələri dağıdır. Bunları hüceyrə quruluşlu orqanizmlərdən fərqləndirən bir xüsusiyyətdə odur ki, viruslarda yalnız bir tip nüklein turşusu – ya DNT və ya RNT nin olmasıdır. Bitkiləri yoluxduran viruslarda əsasən RNT, həm də DNT tərkibli viruslar müşahidə olunur. 

     Bununla bərabər viruslarda canlılara xas olan əsas xüsusiyyətlərdə vardır. Viruslar zülal molekullu və nüklein turşulu struktura malik olub, bəzilərində hətta lipidlər və karbohidratlar da olur. Digər canlılar kimi viruslarda da dəyişkənlik və irsi xüsusiyyətləri nəslinə keçirmək qabilliyyəti vardır. Viruslar üçün səciyyəvi xüsusiyyət onların çoxalmasıdır, amma bu proses hüceyrənin maddələr mübadiləsi və enerji ehtiyatı hesabına gedir. Beləliklə viruslar spesifik hüceyrədaxili parazit sayılırlar. Virusların özlərinə xas olan metabolizm olmadığından uzun təkamül prosesi nəticəsində onlar yoluxdurduqları orqanizm hüceyrələrinin metabolizmindən istifadə etmək qabiliyyətinə malikdirlər.