Mühasibat uçotunun informasiya texnologiyaları fənninin məqsədi mühasibat uçotunun aparılması üzrə hesabatların hazırlanmasının komputerləşdirilməsinin tətqiqindən ibarətdir.
- Teacher: Aygün Eliyeva
Mühasibat uçotunun informasiya texnologiyaları fənninin məqsədi mühasibat uçotunun aparılması üzrə hesabatların hazırlanmasının komputerləşdirilməsinin tətqiqindən ibarətdir.
Müasir dövrdə dünya iqtisadiyyatı müxtəlif xarakterik xüsusiyyətlərlə izah olunur. Bir tərəfdən, ölkələr arasındakı iqtisadi əlaqələr inkişaf edir, ticarət liberallaşdırılır, kommunikasiya və informasiya sistemlərinin, texniki standartların yaradılması ilə əlaqədar dünya təsərrüfatının qloballaşması güclənir, digər tərəfdən isə, ölkələrin region səviyyəsində iqtisadi cəhətdən bir-birilərinə yaxınlaşmaları və qarşılıqlı fəaliyyət göstərmələri prosesi gedir, iri regional inteqrasiya strukturları formalaşır, dünya təsərrüfatının müstəqil mərkəzləri meydana çıxır. Bütün bünlar beynəlxalq iqtisadi inteqrasiyanın nəticələri olmaqla, həm də onun daha da təkmilləşdirilməsini zəruri edir.
Konstitusiya hüququ— elminin predmeti konstitusiya qanunvericiliyi, obyekti isə konstitusiya hüquq münasibətləri olmaqla şəxsiyyətin, dövlətin və cəmiyyətin qarşılıqlı əlaqələrini tənzimləyir. Konstitusiya hüquqi dövlət hakimiyyəti orqanlarının strukturunu (quruluşunu), təşkili prinsiplərini, fəaliyyət qaydasını, ümumi səlahiyyətlərini, dövlətin insan və vətəndaşla münasibətlərini müəyyənləşdirir və bununla da inzibati hüququn başlanğıc mövqelərini təsbit edir.
Mövcud qanunvericiliyə uyğun olaraq hazırda hüququn, o cümlədən də Konstitusiya hüququnun mənbəyi normativ – hüquqi aktlardır.
Bitki fiziologiyası — bitkilərin həyat fəaliyyəti mexanizmlərini, yənimüxtəlif orqan, toxuma və bütövlüklə orqanizm funksiyalarını öyrənir.
Ətraf
mühitin iqtisadiyyatı barədə anlayış
XX əsrin sonlarında və XXI əsrin əvvəllərində insan
cəmiyyəti yeni sivilizasiya fəzasına qədəm qoymuşdur.
Psixofiziologiya, elmlərin inteqrasiyası nəticəsində psixologiya və fiziologiya elmlərinin sintezindən yaranmışdır. “Psixofiziologiya” termini X1X əsrin əvvəllərində Fransız filosofu N.Massias tərəfindən təklif olunmuşdur. İlk dövrlərdə psixika sahəsində olan tədqiqatlarda fizioloji metodların dəqiqliyinin müəyyən edilməsində (sensor halın təyini, reaksiya vaxtlarının müəyyən edilməsi) istifadə olunmuşdur.
Psixofiziologiya- bütün bədənin gözəgörünməyən mexanikasını öyrənən elm sahəsidir, yəni hər saniyə ürəyə axan qanın tənzimindən tutmuş beyində sinir hüceyrələrinin işinə qədər hər şey psixofizioloji mexanizmə malikdir.
Psixofiziologiya müxtəlif psixoloji hallarda insanların fizioloji və psixoloji proseslərini öyrənir və əsas vəzifəsi psixi hadisələrin baş vermə səbəblərini onların neyrofizioloji mexanizmləri əsasında açmaqdan ibarətdir.
Biologiyanın tədrisi metodikası təlim və tərbiyə proseslərinin sistemi haqqında elmdir.
Artıq müəyyən edilmişdir ki, metodika pedaqoji elmdir. Ona görə də o, tədris fənlərinin məzmunu, forma və metodlarını, eyni zamanda tərbiyə prosesini öyrənir.Biologiyanın tədrisi metodikası pedaqoji prinsiplərə əsaslanaraq, bioloji təhsilin öyrənilməsini təmin edir. Hər bir sahədə olduğu kimi biologiyanin tədrisində də ümumi və xüsusi metodikadan istifadə edilir.
Bitki orqanizmlərinin həyat fəaliyyətinin qanunauyğunluqlarını öyrənən elm - bitki fiziologiyası da biologiyanın o sahələrindəndir ki, son illərdə onun da inkişafı daha geniş vüsət almış, malik olduğu qanunauyğunluqlar və tətbiq etdiyi metodlar yenilənmiş,dəqiqləşmiş və zənginləşmişdir.
Bitki fiziologiyası tarixən botanikanın bir qolu kimi meydana gəlmiş, biokimya və mikrobiologiya elmlərinin inkişafına zəmin yaratmışdır.
Kompleks birlesmeler
Terube
Xromotoqrafik analiz usulari
Yeyinti mehsullarin analizi
Neft kimyasi ve neft kimyevi sintez
İnvestisiya
layihəsi-işlərin, fəaliyyətlərin, tədbirlərin
yerinə yetirilməsini nəzərdə tutan hər hansı fəaliyyət kompleksidir.
Korporativ i/e-nin başlıca funksiyası - mülkiyyətçilərin, başqa sözlə, korporasiya təşkil edən maliyyə resurslarının maraqları çərçivəsində korporasiyanın işinin təmin olunmasıdır.
Bazar iqtisadiyyatının
təşkilində dövlətin əsas rolu rəqabətə nəinki icazə vermək, onu həm də güclü müdafiə
etməkdir.
iqtisadi təhlil nəzəriyyəsi iqtisadi fəaliyyətin təhlil edilməsinin nəzəri əsaslarını öyrənir.
Burada mühəndislər üçün idarəetmə kursu üzrə məşğələ materialı verilir
Kurs şəxsiyyətin psixoloji vəziyyəti (psixi hallar, təlabat və motivlər, hiss və emosiyalar, qorxu, stress, depresiya, frustrasiya və onların yaratdığı fəsadlar), şəxsiyyət və onun fərdi psixoloji xassələri (temprament, xarakter və qabiliyyət), şüur, şüursuzluq (psixoanaliz), şəxsiyyətin ”Mən konsepsiyası”, şəxsiyyətin sosial statusu, ünsiyyət və şəxsiyyətlərarası münasibətlər, şəxsiyyətin formalaşmasında ünsiyyət və fəaliyyətin rolu, şəxsiyyətlərarası münasibətlərdə münaqişələrin xarakteristikası və s.haqqında elmi nəzəriyyə və konsepsiyalara əsaslanır.
Slavyan ölkələri tarixi fənninin bu hissəsində slavyan ölkələrinin qədim dövründən başlayaraq XVIII əsrə qədər olan dövrü tədris olunur.
Müasir elmi-texniki tərəqqinin sürətli inkişafı nəticəsində ekoloji böhran təhlükəsi getdikcə artmaqda davam edir.Dünya üzrə ekoloji problemlərinən pik həddə olduğunu nəzərə alaraq yeni təklükəsiz texnoloji proseslərin öyrənilməsində Ekologiya mühəndisliyi fənnin tədris olunması önəmli əhəmiyyət kəsb edir.
Plan:
1.Mühəndis ekologiyasının konsepsiyası
2.Atmosfer çirkləndiricilərinin təsnifatı
3.Toztutma proseslərinin əsas parametirləri
4.İstehsalat və məişət tullantılarının idarə olunması
Ədəbiyyat:
1.Mahmudov C.M. Ekologiya. Bakı:Nurlan.2007
2.Mahmudov C.M.İstehsal sahələrinin texnologiyası və sənaye ekologiyası. Bakı.2006
3.Məmmədov Ə.Ə.,Xəlilova A. Sənaye ekologiyası. Bakı.2004
4.Əhmədov Ş. Bakı. 2013
Mikroiqtisadiyyatın predmeti — iqtisadi agentlərin öz məqsədlərinə nail olmaq üçün qəbul etdikləri qərarların işlənib hazırlanması və reallaşdırılması prosesidir. Qərarlar qəbul edilməsi həmişə müəyyən təsərrüfat şəraitində həyata keçirilir. Qərarlar qəbul edilməsi prosesinin parametrik xarakteristikaları bu şərtlərlə təyinedilir: iqtisadi agentlərin mövcud alternativlər haqqında məlumatlı olması, 2 agentlərin bu alternativləri qiymətləndirmək və müqayisə etmək qabiliyyəti. Qərarlarqəbul edilməsi üçün meyarlar da bu şərtlərlə təyin olunur. Bununla əlaqədar, mikroiqtisadi təhlilin əhatə dairəsi də genişlənir, qərarların qəbul olunması prosesinin öyrənilməsindən əlavə, onların qəbul edildiyi şərait də tədqiq olunur. İqtisadi agentlər bazar mühitində fəaliyyət göstərdiyi, bazar qiymətləri həmin agentlərin seçim meyarı qismində çıxış etdiyi üçün bazar qiymətlərinin formalaşması problemi mikroiqtisadi təhlilin diqqət mərkəzində olur. Buna görəmikroiqtisadiyyatı çox vaxt qiymətlər nəzəriyyəsi adlandırırlar.
Ümumi fizika kursunun bölmələrinə aid məsələ həlləri.
Mexanika maddi cisimlərin hərəkət və müvazinət qanunauyğunluqlarını öyrənən təbiət və texniki elmdir.
Rəqəmli idarəetm sistemləri fənni hazırda texnoloji proseslərin tənzimlənməsidə istifadə edilən
rəqəmsal tənzimləmə dövrələrinin tdqiq edilməsini öyrədir
Goy sferi və onun əsas elementləri. Astronomik koordinat sistemləri.
Həndəsi optikanin əsas qanunlari. İşığın difraksiyası. Linzalar. Optik sistemler.
Tələbənin ümumi-psixoloji fenomenlər, qanunauyğunluqlar haqqında məlumatlandırılması, onda ilkin ümumi-psixoloji təsəvvürlərin formalaşdırılması, başlıca psixoloji anlayışların öyrədilməsi, onun tərəfindən psixologiyanın anlayış-kateqorial aparatının mənumsınilməsi, habelə psixi proseslərin və halların izahı zamanı onlardan istifadə bacarığının formalaşdırılması məqsədini güdür.
Təhsil prosesinin subyektlərinin psixoloji durumunu ilə bağlı məsələləri əhatə edir. “Psixopedaqogika” fənninin öyrənilməsi tələbəyə özünün gələcək fəaliyyətində psixo-pedaqoji biliklərin və onlara əsaslanan praktiki addımların istifadəsi baxımından geniş metodoloji-məlumat bazasının formalaşdırılmasında yardım edir.
Fənnin xarakteristikası
Riyazi analiz fənni 050106 – Riyaziyyat müəllimliyi və 050105 – Riyaziyyat və informatika müəllimliyi ixtisaslarının Təhsil Proqramına Təhsil Nazirliyi tərəfindən daxil edilmişdir və ixtisas-peşə hazırlığı fənləri bölümünə (İPF-B05, 27 kredit və İPF-B06, 27 kredit) aiddir.
Riyazi analiz fənninin tədrisində məqsəd, əsasını diferensial və inteqral hesabı təşkil edən, sonsuz kiçiklənlər analizinin köməyilə dəyişən kəmiyyətlərin öyrənilməsinin fundamental tədqiqat metodları ilə tanışlıqdır.
Riyazi analiz
fənninin vəzifəsi gələcək riyaziyyatçılara praktikada rast gələn riyazi
məsələlərin həllinin araşdırılmasında, onlara lazım olacaq bilik, bacarıq və
vərdişləri mənimsətməklə bərabər, yeni riyazi tədqiqat üsullarını qurulmasında
yardımçı olmaqdır.
Fənnin xarakteristikası
Riyazi analiz fənni 050106 – Riyaziyyat müəllimliyi və 050105 – Riyaziyyat və informatika müəllimliyi ixtisaslarının Təhsil Proqramına Təhsil Nazirliyi tərəfindən daxil edilmişdir və ixtisas-peşə hazırlığı fənləri bölümünə (İPF-B05, 27 kredit və İPF-B06, 27 kredit) aiddir.
Riyazi analiz fənninin tədrisində məqsəd, əsasını diferensial və inteqral hesabı təşkil edən, sonsuz kiçiklənlər analizinin köməyilə dəyişən kəmiyyətlərin öyrənilməsinin fundamental tədqiqat metodları ilə tanışlıqdır.
Riyazi analiz
fənninin vəzifəsi gələcək riyaziyyatçılara praktikada rast gələn riyazi
məsələlərin həllinin araşdırılmasında, onlara lazım olacaq bilik, bacarıq və
vərdişləri mənimsətməklə bərabər, yeni riyazi tədqiqat üsullarını qurulmasında
yardımçı olmaqdır.
“Azərbaycan iqtisadiyyatı” fənninin məqsədi milli iqtisadiyyatın inkişafının müasir iqtisadi çağırışlar kontekstində modelləşdirilməsi və yenilənməsi, ölkənin iqtisadi təhlükəsizliyi və ümumi mənafelərinin qorunması baxımından milli iqtisadiyyatı bütövlükdə, sistem halında öyrənməkdir. Milli iqtisadiyyatın mahiyyəti, əhəmiyyəti, ölkəmizin inkişafında və ölkə əhalisinin rifahının yüksəldilməsində rolunun əhatəli şəkildə öyrənilməsi də bu fənnin başlıca məqsədlərindəndir. “Azərbaycan iqtisadiyyatı” fənninin predmeti - Azərbaycanın milli iqtisadi xüsusiyyətləri ilə əlaqədar olsa da, iqtisadi nəzəriyyə elminin predmeti ilə üst-üstə düşür. Fənnin predmeti özündə - Azərbaycanın milli iqtisadiyyatının formalaşması və inkişafı, iqtisadi qanunauyğunluqlarını öyrənmək və milli mənafeyə uyğun tövsiyələr hazırlamaqla bərabər, ümumbəşəri iqtisadi qanunauyğunluqları əks etdirir.
Bu fənn xıx əsrin 30-40-ci illərindən çağdaş günümüzə qədər olan xarici ölkə xalqları ədəbiyyatının inkişaf mərhələlərini əhatə edir.
Türklərin-türk, özbək, Qazax, qırğız və başqa türk mənşəli xalqların ədəbiyyatını öyrədir
Təbii ehtiyatlardan barəsində dəqiq məlumatları toplamaqla, onlardan səmərəli istifadə etməklə ətraf mühitin çirklənməsinin qarşısının alınması yollarını öyrənmək olur.
Fəlsəfə varlığın (yəni təbiət və cəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanuna uyğunluqlar haqqında elmdir
Ümumi və qeyri-üzvi kimya - 2 fənnində (Kimya mühəndisliyi ixtisası üzrə) kompleks birləşmələr, liqandların təsnifatı, koordinasiya ədədi, kompleks birləşmələrin adlandırılması, adlandırılması, davamlığı, izomerliyi, molekulyar orbital nəzəriyyəsinə əsasən kimyəvi rabitənin izahı, D.İ.Mendeleyevin dövri sistemi cədvəlində əsas və əlavə yarımqrup elementləri və onların birləşmələri, alınması, xassələri, tətbiqi geniş şəkildə tədris olunur.
Neft-qaz mühəndisliyi ixtisası üçün nəzərdə tutulmuşdur. neft-qaz mədənlərinin səmərəli istifadə edilməsi üçün onların daxili quruluşunun və burada baş verən hidrodinamiki proseslərin öyrənilməsi tələb olunur. Məhz bu tədqiqatlara istinad edərək, işlənilmə layihələrini tərtib etmək mümkündür.
“Ətraf mühitin iqtisadiyyatı” fənni iqtisadi və ictimai
ixtisas verən Universitetlərdə və onların fakültələrindəətraf mühit və təbiətdən
istifadənin iqtisadiyyatının ayrı-ayrı aspektlərinin araşdırılmasının, onun
qanunauyğunluqlarının, prinsiplərinin, amillərinin və üsullarının öyrənilməsi
üçün məsləhət görülən tədris kursunun mahiyyətini təşkil edir.
Üzvi kimyanın tarixi və metodologiyası fənnində
(Magistr pilləsi) A.Lavuazyenin tədqiqatlarının üzvi kimyanın bir elm kimi meydana gəlməsində rolu, XIX əsrin I
yarısında üzvi sintezin inkişafı, üzvi sintezin əsasının yaradılması, üzvi birləşmələrin
ilk süni sintez üsulları, üzvi sintez problemi, elementlərdən üzvi birləşmələrin sintezi, sintetik tədqiqatlar və
üzvi kimya nəzəriyyələri və aparılan sintezlər haqqında məlumatlar, M.Bertlo və
onun əsas müddəaları, daş kömür qətranından aromatik karbohidrogenlərin əmələgəlmə
mexanizminin öyrənilməsi, asetilen nəzəriyyəsi və onun əsas müddəaları, hidroaromatik karbohidrogenlərin
aromatik karbohidrogenlərə çevrilməsi haqqında təsəvvürlərin inkişafı,
fenolların çevrilmələri, ətirli maddələrin ilkin tədqiqi, undamental üzvi tədqiqatlar,
zvi reaksiyaların tətbiq sahələrinin genişlənməsi əsasında üzvi kimyada yeni
üsulların yaranması, element və metalüzvi birləşmələrin alınması və tədqiqinin
üzvi sintezin inkişafında rolu, süni liflərin və plastik kütlələrin alınması öz
əksini tapmışdır
Mikroorqanizmlər təbiətdə geniş yayılmışdır, onlara havada, suda, torpaqda, qida məhsullarında, bizi əhatə edən əşyalar üzərində, insan və heyvan orqanizminin, eləcə də bitkilərin həm daxilində, həm də bədən səthində rast gəlinir.
Viruslar çox kiçik, qeyri-hüceyrəvi quruluşa malik olub, bütün növ hüceyrələrə daxil olmaq qabiliyyətinə malikdirlər və hüceyrədaxili parazitdirlər. Onlar insanların, heyvanların, buğumayaqlıların, bitkilərin, göbələklərin və bakteriyaların orqanizmlərində parazitlik edir. Viruslar zülal sintez etmirlər, onların fermentativ və enerji sistemləri yoxdur.
Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələri nəzəri biliklərini paktik cəhətdən zənginləşdirmək üçün 14 həftəlik istehsalat təcrübəsindədirlər.
Ətraf mühitin mühəndis mühafizəsinin texnoloji əsasları
Təmizləyici
qurğuların texnologiyasının yerinə uyğun seçilməsi, texnoloji təhlükəsinizliyinin
təmin edilməsi
Üzvi kimya-2 fənnin məşğələ dərsində hidroksiturşular,aminturşular,aldehid və ketonturşular,karbohidratlar,tsikloalkanlar,aromatik karbohidrogenlər,aromatik karbohidrogenlərin halogenli törəmələri,aromatik sulfoturşular,aromatik nitrobirləşmələr,aminlər,diazo-və azobirləşmələr,aromatik aldehidlər,ketonlar,turşular,çoxnüvəli aromatik karbohidrogenlər,heterotsiklik birləşmələrə dair məsələlər həll edilir.
Halogen
tərkibli üzvi birləşmələr xalq təsərrüfatının müxtəlif sahələrində geniş tətbiq
olunur. İldə milyon tonlarla sintez olunan bu maddələrin cəmiyyətə faydası ilə
bərabər ekoloji gərginliyə səbəb olan faktorlar da mövcuddur. Xlorlu və flüorlu
kimyəvi tullantıların utilləşdirilməsində bir sıra problemlərin olması onların
daha səmərəli üsullarla alınmasını tələb edir. Həmin üsullardan elektrokimyəvi
yolla halogen tərkibli birləşmələrin alınması tullantılardan istifadə olunması və aralıq məhsulların xeyli az olması baxımından daha
əlverişli hesab olunur. Kimya sənayesinin və xalq təsərrüfatının müxtəlif
sahələrində geniş tətbiq olunan bu tip birləşmələrin istehsalının nəzəri və
praktiki əsasları bu proseslərin tullantılarının zərərsizləşdirilməsi magistrantlar
üçün vacib və aktual problemlərdəndir.
Üzvi kmya-3 fənnin laboratoriya dərsində nitrobenzolun alınması,anilinin alınması,benzil spirti və benzoy turşusunun alınması,fenolun alınması,α-nitronaftalinin alınması və fiziki xassələrinin təyini yerinə yetirilir.
Üzvi kimya fənnin laboratoriya dərsində üzvi maddələrin təmizlənməsi,metanın,etilenin,etibromidin,dietil efirinin,izoyağ turşusunun,nitrobenzolun,sulfanil turşusunun alınması və fiziki xassələri yerinə yetirilir
Kolloid kimya yüksək dispersliyə malik heterogen sistemlərin fiziki-kimyəvi xassələrini öyrənir. Kolloid hissəciklər böyük xüsusi səthə malik olduqlarından kolloid sistemdə səth hadisəsi böyük rol oynayır. Əgər hər hansı bir faza xırdalanmış şəkildə digər fazanın həcmində paylanarsa belə sistemlərə dispers sistemlər deyilir. Həcmdə paylanan faza dispers faza, həcmində paylanma baş verən faza dispers mühit adlanır.
Qeyri-üzvi kimya-2 fənninin (Kimya və biologiya müəllimliyi-məşğələ) məşğələ dərslərində kompleks birləşmələrin koordinasiya formulunun tapılması, kompleks birləşmələrin adlandırılmasının öyrənilməsi, V B, IV B, I B, II B qrup elementləri, eləcə də, xrom, manqan,dəmir, kobalt, nikel, birləşmələri, alınması və xassələrinə dair məsələ və çalışmaların həll edilir.
Üzvi kimya-3 fənnin məşğələ dərsində alitsiklik birləşmələr,aromatik karbohidrogenlər,aromatik karbohidrogenlərin halogenli törəmələri,aromatik sulfoturşular,aromatik nitrobirləşmələr,aminlər,diazo- və azobirləşmələr,fenollar,aromatik aldehid və ketonlar,aromatik turşular,heterotsiklik birləşmələrə dair məsələlər həll edilir
Üzvi kimya-1 fənnin (Kimya və biologiya müəllimliyi ixtisası üçün) məşğələ dərsində üzvi birləşmələrin nömenklaturası,alkanlar,alkenlər,alkadienlər, alkinlər ,karbohidrogenlərin halogenli törəmələri,doymuş və doymamış bir-və çoxatomlu spirtlər,sadə efirlər,üzvi oksidlərə dair məsələlər həll edilir.
Üzvi kimya-3 fənnin laboratoriya dərslərində nitrobenzolun,anilin,benzil spirti və benzoy turşusunun,fenolun,α-nitronaftalinin alınması və xassələrinin təyini yerinə yetirilir
Ümumi və qeyri-üzvi kimya-2 fənninin laboratoriya dərslərində halogenlər, kükürd, azot, bor, alüminium, kompleks birləşmələr, xrom, manqan və dəmir birləşmələrinin alınması və kimyəvi xassələrinə dair praktiki işlər yerinə yetirilir.
nəqliyyatın daşınması və idarəetmənin təşkilinin mühəndisliyi ixtisası üçün kimya fənninin laboratoriya dərsində maddələrin təmizlənməsi, kimyavi formullar ekvivalentin təyini karbon qazı məhlullar və onların hazırlanmasına aid laboratoriya işlərinin öyrənməkdən ibarətdir.
Üzvi kimya-2 fənninin laboratoriya dərsində benzolun, xlorbenzolun, sulfotoluolun, nitrobenzolun, anilinin, sulfanil turşusunun, benzil spirti və benzoy turşusunun, fenolun, α-nitronaftalinin, β-Naftalinsulfoturşunun alınması, ayrılması və təmizlənməsi icra edilir.
Üzvi kimya-2 laboratoriyasında- İzoyağ turşusunun, etilasetatın, xlorbenzolun, sulfotoluolun, nitrobenzolun, anilinin, sulfanil turşusunun, benzil spirti və benzoy turşusunun, fenolun, α-nitronaftalinin alınması və xassələrinin təyini yerinə yetirilir.
Qeyri-üzvi
kimya-2 fənninin məşğələ dərslərində kompleks birləşmələrin koordinasiya
formulunun tapılması, kompleks birləşmələrin adlandırılmasının öyrənilməsi, V
B, IV B, I B, II B qrup elementləri, eləcə də, xrom, manqan,dəmir,
kobalt, nikel, birləşmələri, alınması və xassələrinə dair məsələ və
çalışmalar həll edilir.
Üzvi kimya-2 fənnində hidroksiturşular, aldehid və ketoturşular, karbohidratlar, aminspirtlər, aminturşular, alitsiklik və aromatik karbohidrogenlər, heterotsiklik birləşmələr geniş şəkildə tədris olunur.
Heterotsiklik birləşmələr kimyası (Magistr pilləsi)
fənninin laboratoriya dərslərində furanın, tiоfenin alınması, furfurоlun sintezi, pirrolun, pirazolun, oksazolun alınması və
xassələri, piridinin, İmidazolun sintezi və xassələrinə aid laboratoriya işləri yerinə yetirilir.
Qeyri-üzvi kimya-2 fənninin (Kimya ixtisası üçün) laboratoriya dərsində kompleks
birləşmələrin alınması, kimyəvi xassələri, kompleks birləşmələrdə
oksidləşmə-reduksiya və mübadilə reaksiyaları, I B, II B, qrup elementləri, vanadium, xrom, manqan, dəmir, kobalt və nikel birləşmələrinin alınması, onların kimyəvi xassələrinə aid laboratoriya işləri yerinə yetirilir
Kimyanın öyrədilməsində sinifdənkənar və müstəqil iş fənninin məqsədi təhsildə baş verən yenilikləri mütəmadi olaraq təlim prosesindən kənar vaxtlarda tətbiq etməyi bacarmaq və onların rolunu dərsin keyfiyyətinə təsirini araşdırmaq , əhəmiyyətini öyrənməkdən ibarətdir.
Qeyri-üzvi kimya-2 fənninin (Kimya ixtisası üçün) laboratoriya dərsində kompleks
birləşmələrin alınması, kimyəvi xassələri, kompleks birləşmələrdə
oksidləşmə-reduksiya və mübadilə reaksiyaları, I B, II B, qrup elementləri, vanadium, xrom, manqan, dəmir, kobalt və nikel birləşmələrinin alınması, onların kimyəvi xassələrinə aid laboratoriya işləri yerinə yetirilir
polimerlərin məhdud şişməsinin kinetikasının tədqiqi, kolloid məhlulların reoloji xassələrinin öyrənilməsi, özlülüyün təyini, sirkə turşusunun kömür səthində adsorbsiyası, izoamil spirtinin adsorbsiyası, adsorbentin xüsusi səthinin sahəsinin hesablanması, Hibs tənliyinin öyrənilməsi, etil spirtinin adsorbsiyası, emulsiyanın fazalarının çevrilməsi və ya emulsiyanın inversiyası işləri yerinə yetirilir.
Hidrologiya fənni su obyektlərinin öyrənilməsində istifadə olunan əsas metodları,təbiət sularının xasslərini,aqreqat halının hidrosferdə yayılmasını,dövranını, həmçinin bu sularda baş vedən hadisələri öyrənir.
Zoologiya heyvanat aləmini öyrənən elmdir. Zoologiya yunan sözü olub, zoon — heyvan, loqos — elm deməkdir. Geniş mənada isə zoologiya heyvanat aləminin müxtəlifliyini, heyvanların quruluşunu və həyat proseslərini, onların inkişafını, həyat tərzini, yayılmasını, xarici mühitin müxtəlif amillərdən asılılığını, heyvanat aləminin tarixi inkişaf qanunauyğunluqlarını öyrənən elmdir.
Heyvanat aləmi təbiətin maraqlı, insanları özünə aludə edən cazibədar bir hissəsidir. İnsanlar onlardan maddi nemətlər istehsal etməklə yanaşı, həm də onlardan mənəvi zövq alırlar. Məhz buna görədir ki, insanlar yarandıqları ilk dövrlərdən heyvanlarla maraqlanmış və onlara sıx bağlanmışlar. Onlar heyvanları vəsf etmiş, onların şəklini ağac, daş üzərinə həkk etmiş, sonradan büstlərini qoymuş, müqəvvalarını düzəltmişlər. Get-gedə insanlar faydalı heyvanları özlərinə alışdırmış və bəzilərini əhliləşdirə bilmişlər. Zoologiya elminin vəzifəsi heyvanat aləmini hərtərəfli öyrənməkdən ibarətdir. Elmi zoologiya öz başlanğıcını Qədim Yunanıstanın böyük mütəfəkkiri və alimi Aristoteldən (bizim eradan əvvəl IV əsrdə) götürmüşdür. Aristotel ona məlum olan bütün heyvanları (onlar 500-ə yaxın olmuşlar) iki qrupa ayırmışdır: 1) qanlı heyvanlar, 2) qansız heyvanlar. Daha sonra XIX əsrdə J.B. Lamark Aristotelin qansızlar adlandırdığı heyvanları onurğasızlar adlandıraraq ilk dəfə onurğasızlar terminini işlətmiş və onurğasız heyvanların sistemini işləməyə səy göstərmişdir.
Aktinomisetlər
(Actinomycetales, yun. aktis-şüa,mykes-göbələk) - şaxələnən bakteriyalar olub, Aktinobakteriyalar
(Actinobacteria) tipinə aiddir. Aktinomisetlər bakteriya və göbələklər arasında
keçid formadır. Aktinomisetlərə şüalı göbələklər də deyirlər.Tək hüceyrəli və
eninə kəsiklərin eyni böyüklükdə olmaları baxımından bakteriyalara bənzəyirlər.
Həqiqi şaxələnən tək hüceyrəli mitselilər əmələ gətirmələri isə göbələkləri
xatırladır. Qram müsbətdirlər. Hərəkətsizdirlər və kapsula əmələ gətirmirlər.
Müəllim. Seyidova Əntiqə
Ümumi və qeyri üzvi kimya
Kimya mühəndisliyi ixtisası üçün ümumi və qeyri üzvi kimya-2 fənninin labaratoriya dərsində halogenlər...kükürd, azot, bor alliuminium kompleks birləşmələr xrom manqan dəmir birləşmələrinin alınması və xassələrinə aid laboratoriya işləri icra edir
Kimya-3
(Üzvi kimya) laboratoriya dərsində üzvi maddələrin - metanın, etilenin, etilbromidin, dietil efirinin, izoyağ turşusunun, nitrobenzolun, sulfanil turşusunun alınması, ayrılması və təmizlənməsi icra edilir.
Orta
məktəbdə kimyəvi analiz metodları fənninin laboratoriya dərsində reagentin
işıq udmasının lambdadan asılılığının öyrənilməsi, kompleksəmələgəlməyə
temperaturun təsirinin öyrənilməsi, kompleksəmələgəlməyə
zamanın təsirinin öyrənilməsi, reaksiyada
reagentin qatılığının kompleksəmələgəlməyə təsirinin öyrənilməsi, kompleksəmələgəlməyə
metalın qatılığının təsirinin öyrənilməsi kimi laboratoriya işləri icra edilir.
Üzvi kimya-2 fennin məşğələ dərsində doymuş və doymamış bir-və çoxəsaslı turşular,alifatik nitrobirləşmələr və aminlər,alitsiklik və aromatik karbohidrogenlər,aromatik sulfoturşular,nitrobirləşmələr,aminlər,diazo- və azobirləşmələr,fenollar,aromatik spirtlər,aromatik aldehid və ketonlarlar,aromatik turşular,kondensləşmiş nüvəli aromatik karbohidrogenlər,heterotsiklik birləşmələrə dair məsələlər həll edilir.
Həyat fəaliyyətinin kimyəvi əsasları fənnin laboratoriya dərsində zülalların qatı qeyri -üzvi turşularla və üzvi həlledicilərlə çökdürülməsi,katalazanın vəsfi təyini,vitaminlərin keyfiyyət reaksiyaları,monosaxaridlərin Moor və Trommer sınağı,qalxanabənzər vəzinin hormonunda yodun təyini yerinə yetirilir.
Kimya mühəndisliyi ixtisasında Kolloid kimya laboratoriya dərslərində kolloid məhlulların hazırlanması və xassələrinin öyrənilməsi, sirkə turşusunun kömür səthində adsorbsiyası, izoamil spirtinin adsorbsiyası, adsorbentin xüsusi səthinin sahəsinin hesablanması, Hibs tənliyinin öyrənilməsi, etil spirtinin adsorbsiyası, polimerlərin məhdud şişməsinin kinetikasının tədqiqi, kolloid məhlulların reoloji xassələrinin öyrənilməsi,özlülüyün təyini, emulsiyanın fazalarının çevrilməsi və ya emulsiyanın inversiyası haqqında nəzəri və təcrübi biliklər ətraflı şərh edilir.
İnsan və heyvan fiziologiyası (yunanca fizio- təbiət, loqos- elm deməkdir) — öyrənilməsi və izahı üçün biologiya, fizika, kimya, riyaziyyat və kibernetika elmlərinin metod və anlayışlarından istifadə edərək heyvan və insanın funksional aktivliyi haqqında elmdir. İnsan və heyvan fiziologiyası heyvan orqanizminin ətraf mühitlə olan qarşılıqlı təsir qanunauyğunluqlarını, müxtəlif yaşayış şəraitlərində onların davranışını, həmçinin müxtəlif böyümə və inkişaf mərhələlərində, təkamül və fərdi inkişafın gedişində fizioloji proseslərin yaranması və inkişafını öyrənir. Fizioloji proseslərin gedişatının qanunauyğunluqlarını bilmək müxtəlif şəraitlərdə həyat fəaliyyətinin dəyişikliklərini öncədən görməyə imkan verir və istənilən istiqamətdə fizioloji proseslərin gedişatına müdaxilə etməyə yol açır. Odur ki, fiziologiya tibbin, baytarlığın və psixologiyanın nəzəri əsasıdır.
Kimya
və biologiya müəllimliyi ixtisası üçün Qeyri-üzvi kimya-2 fənninin laboratoriya
dərsində kükürd, azot, alüminium, birləşmələri, alınması və xassələri, II A
qrup, V B qrup, VI B qrup, VII B qrup, VIII B qrup elementləri, onların birləşmələrinin alınması və xassələrinə
aid laboratoriya işləri icra edilir.
Sitologiya (yun. "sitos"-hüceyrə, "logos"-elm) — hüceyrə haqqında elmdir.
Sitologiyanın predmeti - çoxhüceyrəli heyvan və bitki hüceyrələri, həmçinin tək hüceyrəli orqanizmlər - bakteriyalar, ibtidai heyvan və bitkilərdirlər. Sitologiya həmçinin hüceyrənin quruluşunu və kimyəvi tərkibini, hüceyrədaxili strukturların funksiyalarını və quruluşlarını, heyvan və bitki daxilində hüceyrələrin funksiyalarını, hüceyrənin çoxalması və inkişafını, hüceyrənin ətraf mühitə uyğunlaşmasını öyrənir. Sitologiya digər bioloji elmlərlə qarşılıqlı sürətdə əlaqədədir. Misal üçün molekulyar biologiya, botanika, fiziologiya, zoologiya, kimya, fizika. Sitologiyanın əsası bir elm kimi təxminən 100 il əvvəl qoyulmasına baxmayaraq, hüceyrə özü 1665-cı ildə Robert Huk tərəfindən kəşf edilmişdir və ona hüceyrə (hücrə) adı vermişdir.
Hidrologiyanın məqsədi, vəzifələri və tədqiqat üsulları.
Təbiət sularının hərəkət və paylanma qanunlarını, əhatə olunduğu mühitlə
qarşılıqlı əlaqəsini, onun keyfiyyət və kəmiyyət dəyişməsini hidrologiya elmi
öyrənir. Hidrologiya sözünün mənası su haqqında elm deməkdir. Hidrologiya su
obyektlərini-okeanları, dənizləri, çayları, gölləri, buzlaqları, bataqlıqları və yeraltı
suları öyrənir.
Hidrosferdəki sular iki qrupa bölünür: okean(dəniz) suları və quru suları.
Quru sularına çay, göl, bataqlıq və buzlaqların suları aiddir. Okean və dənizlərdə
mövcud olan proseslər çay, göl, buzlaq və bataqlıqlardakından çox fərqləndiyindən
ümumi hidrologiya iki hissəyə bölünür: okeanologiya və qurunun hidrologiyası.
Quru sularının hidrologiyası isə öz növbəsində:
•
Çay hidrologiyasına (patomologiya);
•
Gölşünaslıq və ya göllərin hidrologiyasına (limnologiya);
•
Bataqlıqşünaslıq və ya bataqlıqların hidrologiyasına (telmatologiya);
•
Buzlaqların hidrologiyasına (qlyatsiologiya);
•
Yeraltı suların hidrologiyasına (hidrogeologiya); bölünür.
Quru sularının öyrənilməsində tətbiq olunan metodlara görə hidrologiya bir
neçə hissəyə bölünür:
•
Ümumi hidrologiya;
•
Hidrometriya;
•
Hidroqrafiya;
•
Mühəndis hidrologiyası;
Fiziki killoid kimya -1 fənninin laboratoriya dərsində saf
maddənin və iki
maye qarışığının molyar refraksiyasının təyini, neytrallaşma
istiliyinin təyini, mayelərin
səthi gərilməsinin təyini, mayelərin
səthi gərilməsinin temperaturdan asılılığı, paraxor, qaynama temperaturuna
görə doymuş buxar təzyiqinin təyini,ebulioskopiya üsulu ilə həllolan maddənin molekul kütləsinin təyini, sirkə turşusunun su-benzol layında paylanma əmsalının təyini, məhlulun elektrik
keçiriciliyinin və elektrik
keçiriciliyinin qatılıq və temperaturdan asılılığının təyini kimi laboratoriya işləri icra edilir.
Histologiya orqanizmi təşkil edən toxumaların morfoloji-funksional xüsusiyyətlərini öyrənir. Xüsusi histologiya yaxud mikroskopik anatomiya ayrı-ayrı orqanların mikroskopik quruluşunu öyrənir.
Mərkəzi sinir sistemi hüceyrələr ,toxumalar və ayrı-ayrı orqanlar arasında qarşılıqlı əlaqə yaradaraq orqanizmin tamlığını təmin edir.O orqanizmdə gedən prosesləri tənzimləyir və orqanların işinə istiqamət verərək bütün fəaliyyətlərini nəzarət altında saxlayır.Orqanizmlə xarici mühit atrasındakı əlaqə MSS-nin funksional vəziyyətindən asılıdır.Mərkəzi sinir sistemi afferent impilsları qəbul edir,analiz və sintez edir,efferent impulsları formalaşdırır və onların təsirilə orqanların fəaliyyətini bu və ya digər istiqamətə yönəldir.O,həmçinin mühitin dəyişkənliklərinə və təsirlərinə qarşı bütöv orqanizmin uyğunlaşma reaksiyalarını formalaşdırır.Mərkəzi sinir sistemi fəaliyyətini öyrənmək fiziologiya elminin qarşısında duran çətin və son dərəcə mühüm məsələlərdən biridir.
Fiziki kimya-2 məşğələ dərsində qazların mayelərdə həllolması. Henri qanunu bəhsinə dair, məhlulların donma temperaturunun aşağı düşməsi. Krioskopiya bəhsinə dair, məhlulların
qaynama temperaturunun yüksəlməsi. Ebulioskopiya bəhsinə dair , paylanma qanunu bəhsinə dair, kimyəvi
tarazlıq. Kütlələrin təsiri qanun bəhsinə dair, kimyəvi
kinetika bəhsinə dair,
reaksiyanın tərtibinin təyini bəhsinə dair, reaksiyanın
sürətinin temperaturdan asılılığı. Arrenius tənliyi bəhsinə dair nəzəri biliklər təkmilləşdirilir, məsələlər həll edilir.
Nefti distillə etdikdə onun kimyəvi tərkibi, demək olar ki, dəyişmir; başqa sözlə, neftin benzin, kerosin və digər fraksiyalarında olan karbohidrogenlər kimyəvi çevrilmələrə uğramadan olduğu kimi qalır.Əksər neftlərdə benzinin miqdarı çox azdır. Bundan başqa, bəzən onların oktan ədədi də qənaətbəxş olmur. Neftin düz distilləsindən alınan benzin və digər yüngül fraksiyalar inkişafda olan sənaye sahələrinin ehtiyacını ödəyə bilmir. Odur ki, düz distillədən alınmış ağır neft fraksiyalarını yüksək temperatur və təzyiqlə parçalayıb ondan benzin istehsal etmək məsələsi hələ keçən əsrin axırlarında müəyyənləşdirilmişdir. Bu prosesə neftin destruktiv emalı adı verilmişdir ki, bura da krekinq, piroliz və s. proseslər daxildir.Bildiyimiz kimi, neftin düz distilləsindən alınan məhsullardan biri də mazutdur. Mazut irimolekullu karbohidrogenlərdən ibarət ağır, yapışqan şəklində mayedir.
Həyat fəaliyyətinin kimyəvi əsasları fənninin laboratoriya dərslərində zülalların qatı qeyri-üzvi turşularla və üzvi həlledicilərlə çökdürülməsi, katalazanın vəsfi təyini, vitaminlərin keyfiyyət reaksiyaları, monosaxaridlərin Moor və Trommer sınağı, qalxanabənzər vəzinin hormonunda yodun təyini kimi laboratoriya işləri yerinə yetirilir.
Üzvi kimya 2 fənninin məşğələ dərslərində doymuş və doymamış bir- və çoxəsaslı turşulara, alifatik nitrobirləşmələrə, aminlərə, hidroksiturşulara, aldehid və ketonturşulara, tsiklоalkanlara, aromatik karbohidrogenlərə, arоmatik karbоhidrоgenlərin halоgenli törəmələrinə, arоmatik nitrоbirləşmələrə, aminlərə, diazo- və azobirləşmələrə, fenоllara, arоmatik spirtlərə, arоmatik aldehid və ketоnlara, arоmatik turşulara, kondensləşmiş nüvəli arоmatik karbоhidrоgenlərə, heterotsiklik birləşmələrə dair məsələlər həll edilir.
Neft və qazın fiziki emal texnologiyası fənninin vəzifələri neft və qazın element və fraksiya tərkibi, kimyəvi tərkibi, texnoloji və kimyəvi təsnifatı, ilkin emalının nəzəri əsasları və texnologiyası ilə tələbələri tanış etmək onların bu məsələlərin mənimsəməsinə nail olmaq və təcrübədə tətbiq vərdişlərinə yiyələnməyi öyrətməkdən ibarətdir.
Neft –qaz sənayesində hasilatdan sonrakı əsas mərhələsi neft və təbii qazın fiziki emal texnologiyasıdır. Ona görə də bu istiqamətdə olan elmi bilikləri Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə aşılamaq vacib məsələlərdən biri olub kadr hazırlığının keyfiyyətini artırmalıdır. Neft və qazın fiziki emal texnologiyası fənninin vəzifələri neft və qazın element və fraksiya tərkibi, kimyəvi tərkibi, texnoloji və kimyəvi təsnifatı, ilkin emalının nəzəri əsasları və texnologiyası ilə tələbələri tanış etmək onların bu məsələlərin mənimsəməsinə nail olmaq və təcrübədə tətbiq vərdişlərinə yiyələnməyi öyrətməkdən ibarətdir.
Neft
–qaz sənayesində hasilatdan sonrakı əsas mərhələsi neft və təbii qazın fiziki
emal texnologiyasıdır. Ona görə də bu istiqamətdə olan elmi bilikləri Neft-qaz
mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə aşılamaq vacib məsələlərdən
biri olub kadr hazırlığının keyfiyyətini artırmalıdır.
Zərif üzvi sintez üsulu ilə ilk dəfə sintetik üzvi birləşmələr toxuculuq sənayesində tətbiq olunmuşdur. XIX əsrin axırlarında ilk sintetik dərman preparatı və sintetik boyaq maddəsi alındı və kimya-əczaçılıq sənayesi yarandı. XX əsrin ortalarındatəbii maddələrin nümayəndələri (vitaminlər, antibiotiklər) ayrı-ayrı sintez olundu və tətbiq sahəsi tapdı. Sonralar zülallar, nuklein turşuları,lipidlər və karbohidratların ayrı-ayrı nümayəndələri və fraqmentləri sintez olundu. Bu nəinki biomolekulların quruluşunu müəyyən etməyə, eyni zamanda onların funksional fəallığını da izah etməyə imkan yaratdı. Zərif üzvi sintezin inkişafı ilə paralel olaraq mürəkkəb üzvi birləşmələrin, mikroorqanizmlərin istifadə olunmaqla alınmasına əsaslanan yeni üsulların və eləcə də hüceyrələrin alınmasının – biotexnologiyanın əsası qoyuldu .
Sahə avadanlıqlarının layihələndirməsinin əsas məqsədi verilmiş məhsuldarlığa müvafiq əmək şəraitini və sanitar-gigiyeniknormaları nəzərə alınmaqla, texniki-iqtisadi göstəriciləri və tələb olunan keyfiyyətdə məhsul istehsalını təmin edən sənaye qurğuların tikilməsi üçün lazımi sənədləri işləyib hazırlamaqdır.
Bərk cisimlər kimyası fənnində bərk kimyəvi birləşmələr, maddələrin kristal halı, kristalların sinqoniyalar üzrə paylanması qanunu, bərk cisimlərin elektron quruluşu, bərk cisimlərin xarakterik xassələri, kristalların zonalar nəzəriyyəsi, kristal qəfəsində olan qüsurlar, bərk faza reaksiyalarının mexanizmi, bərk maddələrin monokristallarının alınması, termiki və fiziki analiz üsulları, bərk məhlullar, faza diaqramlarının təsviri, faza keçidləri, şüşə və şüşə əmələgəlməsinə təsir edən amillər, kristallaşmanın və şüşəəmələgətirmənin kinetikası öz əksini tapmışdır
FİZİOLOGİYA elmi qədim zamanlardan eksperimentə əsaslanır. Fizioloji təcrübələr aparılan zaman fizioloji fəaliyyətlə əlaqədar olan funksiyalar xüsusi cihazlar vasitəsilə dəqiq qeydə alınmalı təhlil edilməlidir. Öyrənilən fəaliyyət göstəricilərinin nəticəsi protokol, fotoşəkil, kinofilm və s.kimi sənədləşdirilməlidir.
Hər hansı canlı orqanizm və ya onun üzvü, toxuma və onun hüceyrələri üzərində əməliyyat aparılarkən, müxtəlif cərrahi alətlərdən, məhlullardan, kimyəvi məhlullardan, kimyəvi maddələrdən, cihazlardan və s.istifadə edilir. Fizioloji tədqiqatlar, əsasən in vivo (lat.vivus-canlı), yəni canlılar üzərində aparılır.Bəzi tədqiqatlar isə in vitro (lat. vitrum-şüşə, sınaq şüşəsi), yəni orqanizmdən kənarda aparıla bilər. Fizioloji təcrübələrdə daha çox qurbağa, dəniz donuzu, it pişik və başqa heyvanların üzərində eksperiment aparılır. Heyvan üzərində aparılan eksperimentin nəticəsi insan orqanizmi fəaliyyətinin bir çox qanunauyğunluqlarını başa düşməyə kömək edir.
.
Analitik kimya — maddələrin tərkibinin tədqiqat metodları haqqında elmdir. Analitik kimyanın predmeti analiz metodları işləyib hazırlamaq, onların praktiki həyata keçirilməsini müəyyənləşdirməklə yanaşı bu metodların nəzəri əsaslarını yaratmaqdan ibarətdir. O iki müxtəlif bölmədən ibarətdir: keyfiyyət analizi (vəsfi analiz) və miqdari analiz. Vəsfi analiz üsullarının köməyi ilə bizi maraqlandıran maddənin hansı kimyəvi komponentlərdən təşkil olunduğunu müəyyən etmək olar. Miqdari analizin məqsədi analiz olunan maddənin tərkibinə daxil olan kimyəvi elementlərin miqdarca nisbətini müəyyən etməkdir. Eləcə də analiz olunan nümunənin vahid həcminə və ya kütləsinə daxil olan elementin və ya digər tərkib hissəsinin kütləsini və ya qatılığını bilmək çox vacibdir.
Heterotsiklik birləşmələr kimyası bir heterоatоmlu üç- və dördüzvlü heterоtsiklik birləşmələr, quruluşu, əsas nümayəndələri, alınma üsulları, хassələri və praktiki əhəmiyyəti,bir heterоatоmlu beşüzvlü heterоtsiklik birləşmələr - furan, tiofen, pirrol və törəmələrinin alınma üsulları, хassələri və praktiki əhəmiyyəti,dipirrilmetenlər, pоrfin, prоtоpоrfirin, bilirubin, alınma üsulları, хassələri və praktiki əhəmiyyəti,benzоpirrоl, indоl və törəmələri, elektrоn quruluşu, alınma üsulları və хassələri, İki heterоatоmlu beşüzvlü heterоtsiklik birləşmələr, pirazоl, quruluşu, alınma üsulları, kimyəvi хassələri və pirazоl törəmələrinin praktiki əhəmiyyəti, İmidazоl və törəmələri - lektrоn quruluşu, alınma üsulları, kimyəvi хassələri və praktiki əhəmiyyəti, İki müхtəlif heterоatоmlu beşüzvlü heterоtsiklik birləşmələr, oksazоl, tiazоl və törəmələrinin alınma üsulları, kimyəvi хassələri və praktiki əhəmiyyəti, üç və dörd heterоatоmlu beşüzvlü heterоtsiklik birləşmələr, triazоllar və tetrazоlların alınma üsulları, kimyəvi хassələri və praktiki əhəmiyyəti, bir heterоatоmlu altıüzvlü heterоtsiklik birləşmələr, iridin və törəmələrinin alınma üsulları, хassələri və praktiki əhəmiyyəti, xinоlin, izохinоlin, akridin və törəmələrinin alınma üsulları, хassələri və praktiki əhəmiyyəti, İki heterоatоmlu altıüzvlü heterоtsiklik birləşmələr, pirimidin, piridazin, pirazin və törəmələrinin alınma üsulları, хassələri və praktiki əhəmiyyəti, İki müхtəlif heterоatоmlu altıüzvlü heterоtsiklik birləşmələr, oksazinlər və törəmələrinin alınma üsulları, хassələri və praktiki əhəmiyyəti, mürəkkəb heterоtsiklik birləşmələr, bitsiklik heterо-tsikllər, purin və törəmələrinin alınma üsulları, хassələri və əhəmiyyəti, pteridinlər, alınma üsulları, хassələri və əhəmiyyəti, yeddi və səkkiz üzvlü heterоtsiklik birləşmələri öyrənir.
Nəzəri elektrokimya fənni müasir dövrdə kimyanın əhəmiyyətli dərəcədə inkişaf etmiş elektrokimyəvi proseslərin nəzəriyyəsini özündə əks etdirir. Bu fənnin laboratoriya məşğələlərində elektrokimyəvi proseslərdən, elektrolitlərdən, məhlulların elektrik keçiriciliyindən laboratoriya işləri yerinə yetirilir və kimya mühəndisliyi üzrə təhsil alan tələbələr müəyyən elmi vərdişlərə yiyələnirlər.
Uşaq anatomiyası uşaq orqanizminin və onun ayrı-ayrı orqanlarının quruluşunu öyrənir.
Uşaq fiziologiyası ontogenezin ilkin dövrlərində orqanların, orqanlar sistemi və orqanizmdə böyümə və inkişaf zamanı gedən həyati prosesləri –funksiyaları, bu funksiyaların yaş dövrlərində özünəməxsusluğunu öyrənir.
Orqanizmin inkişafı və böyüməsi prosesində quruluş və funksiyasının dəyişməsini uşaq anatomiyası və fiziologiyası elmi öyrənir.
Canlılarda gedən həyati proseslər tarixi inkişafda dəyişilmiş və mürəkkəbləşmişdir. Hər bir orqanizmin quruluş və fizioloji proseslərini öyrənmək üçün həmin orqanizmin tarixi inkişafı-filogenezini də bilmək vacibdir. Uşaq anatomiyası və fiziologiyasını öyrənərkən təkamül təliminin elementlərindən (prinsiplərindən) geniş istifadə olunur ki, bu da onun müqayisəli anatomiya və təkamül fiziologiyası ilə əlaqəsini göstərir.
Uşaq anatomiyası və fiziologiyası elmi bütün bioloji və tibbi elmlərlə yanaşı, pedaqogika, psixologiya, fiziki tərbiyə (bədən tərbiyəsi) elmləri ilə də əlaqədardır.
Uşaq anatomiyası və fiziologiyası elmi, ilk növbədə, pedaqoji əhəmiyyət daşıyır. Bu predmetin öyrənilməsi müəllimlərə imkan verir ki, inkişaf etməkdə olan uşaqları müxtəlif yaş dövrlərində düzgün istiqamətləndirsin, fiziki cəhətcə sağlam böyüməsinə şərait yaratsın. Bu elm şagirdlərdə təlim-tərbiyə işinin normal fizioloji-gigiyenik əsasda aparılmasına, fiziki tərbiyə və istirahətin düzgün rejimlə qurulmasına köməklik edir.
Uşaq anatomiyası və fiziologiyası elmi pedaqogika və psixologiya elmləri ilə birlikdə müəllimlərdə yeni dünyagörüşünün formalaşmasına gətirib çıxarır, pedaqoji təhsil sistemində təbiət elmlərinin əsas ünsürlərindən birinə çevrilir.
Təsadüfi deyil ki, bu predmetə dünyanın bir çox görkəmli pedaqoqları, psixoloqları, həkim və bioloqları xüsusi əhəmiyyət vermişlər. Krupskaya yazırdı: “Pedaqoq hər şeydən əvvəl nəyi bilməlidir: insan orqanizminin quruluşu və funksiyasını, onun anatomiyasını, fiziologiyasını və inkişafını. Bunları bilməyən yaxşı pedaqoq olmaz, uşaqları düzgün tərbiyə edə bilməz”.
Mikrobiologiya (mikros - kiçik, bios - həyat, loqos - elm deməkdir) - çoxu adi gözlə görülməyəcək qədər kiçik (mikroskopik), digər orqanizmlərə nəzərən bəsit və çox geniş çeşiddə olan canlı varlıqların, yəni mikrob yaxud digər adıyla mikroorqanizmləri öyrənən elm. Mikrobiologiyanın subyekti bakteriya, arxeya, yosun, kif, protozoy və viruslardır. Mikroblar adətən təkhüceyrəli, bəzən çoxhüceyrəli (hüceyrə koloniyaları) yaxud hüceyrəvi quruluşa malik olmayan orqanizmlərdir (virus və prionlar) öyrənən elmdir. Bu sahəyə mikrobların fundamental elmi baxımdan araşdırılması ilə yanaşı fermentasiya, şərabçılıq kimi sənaye istehsalı və tibbi mikrobiologiyada yoluxucu xəstəliklərin qarşısının alınması kimi tətbiqi sahələr də daxildir. Mikrobiologiya virusologiya, mikologiya, parazitologiya və bakteriologiya kimi çoxsaylı sahələrə bölünməkdədir.
Mikroorqanizmlər 2 qrupda təsnifləşdirilir.
Eukariot mikroorqanizmlər hüceyrə orqanoidlərini əhatə edən membrana sahibdirlər və belə mikroorqanizmlərə göbələklər və protistlər daxildir.Prokariot orqanizmlərin isə hamısı mikroorqanizmdir və buraya Eubakteriyalar(həqiqi bakteriyalar) və arxeobakteriyalar(sianobakteriyalar) daxildirlər ki, onları da ümumi bir əlamət birləşdirir ki, bu da orqanoidləri əhatə edən hüceyrə membranının olmamasıdır.
Analitik kimya — maddələrin tərkibinin tədqiqat metodları haqqında elmdir. Analitik kimyanın predmeti analiz metodları işləyib hazırlamaq, onların praktiki həyata keçirilməsini müəyyənləşdirməklə yanaşı bu metodların nəzəri əsaslarını yaratmaqdan ibarətdir. O iki müxtəlif bölmədən ibarətdir: keyfiyyət analizi (vəsfi analiz) və miqdari analiz. Vəsfi analiz üsullarının köməyi ilə bizi maraqlandıran maddənin hansı kimyəvi komponentlərdən təşkil olunduğunu müəyyən etmək olar. Miqdari analizin məqsədi analiz olunan maddənin tərkibinə daxil olan kimyəvi elementlərin miqdarca nisbətini müəyyən etməkdir. Eləcə də analiz olunan nümunənin vahid həcminə və ya kütləsinə daxil olan elementin və ya digər tərkib hissəsinin kütləsini və ya qatılığını bilmək çox vacibdir.
Ümumi təhsilin kurikulumu fənninin məqsədi təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı əsas məsələləri öyrətməkdir.
Həyat fəaliyyətinin kimyəvi əsasları fənninin məşğələ dərsində canlı orqanizmlərin hüceyrələrinin kimyəvi tərkibini və həyat
fəaliyyətinin əsasını təşkil edən kimyəvi proseslər, aminturşular, zülallar,
fermentlər, nuklein turşuları, karbohidratlar, lipidlər və hormonların canlı
orqanizmdə rolu, finksiyaları və əhəmiyyət, maddə və enerji mübadiləsi
prosesləri haqqında biliklər tədris olunur.
Fiziki kolloid kimya -1 laboratoriya dərsində saf maddənin molyar refraksiyasının təyini, iki maye qarışığının molekulyar refraksiyasının təyini, neytrallaşma istiliyinin təyini, mayelərin səthi gərilməsinin təyini, mayenin səthi gərilməsinin temperaturdan asılılığı, paraxor, qaynama temperaturuna görə doymuş buxar təzyiqinin təyini, ebulioskopiya üsulu ilə həllolan maddənin molekul kütləsinin təyini, sirкə turşusunun su-bеnzоl lаyındа pаylаnmа əmsаlının təyini, məhlulun elektrik keçiriciliyinin və elektrik keçiriciliyinin temperatur və qatılıqdan asılılığının təyini tədris edilir.
Ümumi təhsilin kurikulumu fənninin məqsədi təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı əsas məsələləri öyrətməkdir.
Əmtəə neft kimya məhsulları fənni neftin yaranması haqqında fərziyyələr, Azərbaycanda neft sənayesinin inkişafı, neftin fiziki-kimyəvi xassələri, neftin emal növləri və neftdən alınan məhsullar haqqında mövzuları əhatə edir. Laboratoriya şəraitində neftin fraksiyalarının alınması, onların fiziki xassələrinin öyrənilməsi, yağların təmizlənməsi və s. mövzular üzrə işlər yerinə yetirilir və tələbələrə mürəkkəb birləşmə olan neft barədə geniş məlumatlar verilir.
Mülki Müdafiə – sülh və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Məlumdur ki, dövri sistem elementlərinin əksəriyyətini metallar təşkil edir. Belə ki, dövri sistem cədvəlində 109 kimyəvi elementdən 87-si metaldır. Odur ki, elementüzvi birləşmələrin yarıdan çoxu metalüzvi birləşmələrdir. Üzvi kimya kursundan bizə çoxlu sayda üzvi birləşmələr məlumdur ki, onların tərkibində bu və ya digər metal atomları vardır. Lakin onları metalüzvi birləşmələrə aid etmək olmaz. Metalüzvi birləşmələr elə birləşmələrə deyillir ki, onların molekulunda olan metal atomu bilavasitə karbon atomu ilə kimyəvi rabitə ilə birləşsin